USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu xidmətlər ASAN xidmətə verildi

19.04.2019 İqtisadiyyat
0 0
Hazırda Vergilər Nazirliyində kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı ilə bağlı 32 istiqamətdə xidmət göstərilir. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, həmin xidmətlərin ikisi - kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və fiziki şəxslərin uçotu üzrə ilkin qeydiyyat proseduru, Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, 2019-cu ilin yanvarından "ASAN xidmət" mərkəzlərinə verilib.

"Kommersant.az" xəbər verir ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli "vergiler.az"a bildirib ki, 2012-ci ildən hər iki xidmət Vergilər Nazirliyi ilə yanaşı, həm də "ASAN xidmət" mərkəzlərində icra olunurdu. Bu ilin yanvar ayından isə bu xidmətlər yalnız "ASAN xidmət" tərəfindən həyata keçirilir.

"ASAN xidmət" mərkəzlərinin səlahiyyətinə verilmiş vergi xidmətlərindən istifadə proseduruna gəlincə, Samir Seyidəhmədli bildirib ki, kommersiya hüquqi şəxsin qeydiyyatı və ya fiziki şəxsin uçotu ilə bağlı "ASAN xidmət" mərkəzlərinə gələn vətəndaşlar orada Vergilər Nazirliyinin əməkdaşlarına müraciət edir, müvafiq sənədləri təqdim edir, sənədlər yoxlanıldıqdan sonra emal üçün kuryer vasitəsilə arxa ofisə göndərilir və qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərin qeydiyyatı iki, fiziki şəxslərin uçotu isə bir gün ərzində aparılır. Bundan sonra hazırlanmış qeydiyyat sənədləri yenidən "ASAN xidmət"ə qaytarılır və oradan vətəndaşlara verilir.

S.Seyidəhmədli bildirib ki, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin kağız daşıyıcıda edilmiş müraciətləri əsasında hazırlanmış qeydiyyat sənədləri elektron qaydada imzalanaraq onların elektron kabinetinə göndərilir. Eyni zamanda, "ASAN imza" serfikatlarının verilməsi xidməti də Vergilər Nazirliyinin əməkdaşları tərəfindən "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.

  • Əvvəlki

    Azərbaycanın icmal büdcəsində 4 mlrd. manatdan artıq qalıq yaranıb

Digər xəbərlər