USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əkbər Hacıyev: “Prezidentin “Azəriqaz”la bağlı bildirdiyi iradlar qısa zamanda aradan qaldırılacaq”

03.05.2019 İqtisadiyyat
0 0
Nazirlər Kabinetinin iclasında Prezidentin “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı bildirdiyi haqlı iradlarının aradan qaldırılması istiqamətində işlər aparılmaqdadır və qısa zaman ərzində həmin nöqsanlar aradan qaldırılacaq.

"Kommersant.az xəbər verir ki, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirdiyi haqlı iradların aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağlı keçirdiyi iclasda bildirib.

Onun sözlərinə görə, ölkə başçısının qaldırdığı bütün məsələlər qurum tərəfindən təhlil edilir və tədbirlər həyata keçirilir: "Hazırda "Azəriqaz" İB-də qeyd olunan çatışmamazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar aradan qaldırılacaq".

O bildirib ki, istehlakçıların sayının artması qaz təchizatında təzyiqin aşağı düşməsinə və bəzi hallarda fasilələrin yaranmasına səbəb olur: "Bu kimi halların qarşısının alınması istiqamətdə respublika ərazisində ciddi işlərin aparılması planlaşdırılır. Belə ki, ilk öncə istismar müddətini başa vurmuş qaz tənzimləyici avadanlıqlar, qurğular, o cümlədən də qaz xətləri yeniləri ilə əvəzlənməsi, artan qaz tələbatı ilə əlaqədar kiçik diametrli boruların böyük diametrli müasir standartlara cavab verən polietilen yeraltı qaz xətləri ilə əvəz olunması, eləcə də yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulmasının "birpilləli" tənzimləmə sistemi əsasında aparılmasıdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, istehlakçılara verilən qazın sabit və texnoloji rejimdə saxlanılmasına zəmin yaradacaq".

O qeyd edib ki, bu və görülən digər işlər abonentlərlə münasibətləri daha da möhkəmləndirəcək və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradacaqdır.

Tədbirdə Energetika Nazirinin müavini Elnur Soltanov, Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin sədri Samir Axundov, "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev və Birlik rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Report

  • Əvvəlki

    Aİ və Türkiyədən ABŞ-a tələb: İrana qarşı neft sanksiyalarının ləğv olunsun

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0
04.11.2024 İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşdı
0 0