USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amerika şirkətinin Azərbaycandakı filialı bağlanır

22.05.2019 İqtisadiyyat
0 0
Amerikanın “ConocoPhillips Exploration” şirkəti Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Bildirilib ki, "Conoco Phillips Exploration Azerbaijan LTD"nin kreditorları iki ay ərzində tələblərini AZ1010, Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 90A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, SOCAR və "Conoco Phillips Exploration Azerbaijan Ltd" 2011-ci ilin iyulunda "Azərbaycan ərazisində quruda kəşfiyyat qabağı fəaliyyətə dair birgə tədqiqat Sazişi" imzalayıb.

"ConocoPhillips", həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində 2,5% paya sahib olub, 2015-ci ildə isə bu payı CIECO şirkətinə satıb.

Report

  • Əvvəlki

    Maliyyə Bazarlarına Nəzarət Palatasının mənfəəti 3 dəfə artıb

Digər xəbərlər