Avstriyanın dünyaca məşhur qənnadı məhsulları istehsalçısı olan "Manner” şirkəti Azərbaycanın Qusar rayonunda 125 hektar ərazi alıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Die Presse" informasiya agentliyi məlumat yayıb.
Xəbərə görə, şirkət həmin ərazidə fındıq yetişdirəcək.
"Manner" fındıq yetişdirməsi üçün bir neçə ölkəni nəzərdən keçirsə də, son qərarı Azərbaycan olub. Bu məqsədlə artıq "Manner Azərbaycan" MMC də yaradılıb.
Qeyd edək ki, sözügedən şirkətə "Manner", "Casali", "Victor Schmidt", "Ildefonso" və "Napoli" kimi qənnadı brendləri məxsusdur.