USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il məktəbə getmək neçəyə başa gələcək? - Yarmarkadan REPORTAJ

11.09.2019 İqtisadiyyat
0 0
Dərslərin başlamasına bir neçə gün qalıb. Məktəbyaşlı uşaqları olan valideynlərin gündəmi sentyabrın 15-nə hazırlıqdır. Hər il olduğu kimi bu il də məktəb ləvazimatlarının satışı ilə əlaqədar müxtəlif yarmarkalar təşkil edilib. Yarmarkalardakı qiymətlərin mağazalardakı qiymətlərdən daha aşağı olduğu deyilir. Yenisabah.az-ın əməkdaşı valideynlərin bir uşağı məktəbə yollamaq üçün ən az nə qədər xərc çəkməli olduğunu araşdırmaq məqsədilə belə yarmarkalardan birinə üz tutub.

Ucuz olduğu deyilsə də, biz yarmarkada hər qiymətə məhsul olduğunu müşahidə etdik. Satıcılar bir-birindən elə də fərqlənməyən iki məhsul arasındakı qiymət fərqini ləvazimatın hansı ölkədə istehsal olunması ilə izah edirdilər.

Məsələn, 15 manata da məktəbli çantası tapmaq olar, 100 manata da.

Məktəb ləvazimatlarının qiymətləri isə belədir:

Qələm - 0,25 - 1 AZN

Dəftər - 0, 30 - 0,70

Plastilin - 1- 6 AZN

Qələm qabları - 1-8 AZN

Pozan - 0, 30 - 2 AZN

Məktəblilərin ehtiyacları bunlarla bitmir. Hələ rəngli karandaşlar, flomasterlər, karandaş yonan, rəngli kağızlar və s. də almaq lazımdır. Bunların da həm cibə dost olanı, həm də valideynlərin əlinə alıb baxmağa belə çəkindiyi qiymətdə olanları var.

Bu il məktəbli formaları (Bakı Tikiş Evinin məhsulları) ölçüsündən asılı olaraq 40-56 manata satılır. Valideynlər məktəbli geyimlərinin bahalılığından şikayət edirlər.

İki uşaq anası Samirə xanımın sözlərinə görə, o, hər övladına görə 200 manat pul xərcləməli olub:

"Bu qiymətə hələ iş dəftərlərini, kitabları daxil etməmişəm. Buna görə də qiymətlərdən razı deyiləm. Elə ailələr var ki, ümumi büdcəsi 500 manatdır, evində də 2-3 uşağı məktəbə gedir. Belə ailələr o uşaqları hər şeylə necə təmin etsinlər? Kasıbları da düşünmək lazımdır".

Alıcılar ucuz məhsul almağın da sərf etmədiyini bildirirlər:

"İmkan o qədər deyil ki, gedib bahalısını alaq, ucuzunu aldıqda isə ilin ortasında yenidən almaq məcburiyyətində oluruq. Ona görə də orta qiymətdə olanı almağa çalışırıq".

3 uşaq anası Solmaz xanım isə qiymətlərin keçən ilə nisbətən bahalaşdığını deyir:

"Hər şeyin bahalısı da var, ucuzu da. Amma bu il qiymətlərdə az da olsa artış hiss olunur. Bir uşağa görə ən az 150 manat pul lazımdır".

Satıcılar isə satışlardan razı olduqlarını qeyd etdilər. Onlar imkanından asılı olmayaraq hamının məktəb alış-verişi etməyə məcbur olduğunu, buna görə də son günlərdə alıcıların sayının xeyli artdığını bildirdilər.

  • Əvvəlki

    Avqust ayında İrandan 82% daha çox qonaq gəlib - FOTO

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0