USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd Təsərrüfatı Nazirliyində yeni - TƏYİNAT

16.10.2019 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) yeni direktor təyin edilib.

"Kommersant.az" xəbər verir ki, nazir İnam Kərimovun imzaladığı əmrə əsasən, bu vəzifə Etibar Muradlıya həvalə olunub.

O, Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi planlaşdırılması fakultəsində kənd təsərrüfatının menecmenti ixtisası üzrə təhsil alıb, yeni təyinata qədər nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsində və "Azəraqrar Dövlət istehsalat və Emal Birliyi" MMC-də çalışıb.

Bundan başqa, İ.Kərimov Elşən Cəbrayılovun Kürdəmir DAİM-in direktoru təyin edilməsi barədə əmr imzalayıb. O, bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətində çalışıb. Xatırladaq ki, əvvəlki direktor Mətləb Kərimov işdə yol verdiyi nöqsanlara, nazirliyin "Fermerlərə yaxınlıq" prinsipini kobud şəkildə pozduğuna görə bir qədər əvvəl vəzifəsindən azad edilmişdi. (Report.Az)

  • Əvvəlki

    Əmək müqavilələrinin sayı 126 min artıb

Digər xəbərlər

30.05.2025 İqtisadiyyat
Paytaxtın bu ərazisində su olmayacaq
0 0
30.05.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
30.05.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0