USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən gətirilən malların karqo qiymətinin artmasına - Rəsmi münasibət

02.06.2018 İqtisadiyyat
0 0
Azərbaycana Çindən gətirilən malların karqo qiymətinin qalxması barədə mətbuatda məlumatlar yayılıb.

"Kommersant.Az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, sahibkarlar əvvəllər bunun üçün karqo şirkətinə 350 dollar pul ödəyirdisə, indi bunun üçün onlardan 518 dollar pul tələb edilir. Onlar qiymətin qalxmasına Dövlət Gömrük Komitəsinin səbəb olduğunu qeyd edirlər.

"Qafqazinfo" məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovdan münasibət öyrənib. O bildirib ki, karqo şirkətlərinin Dövlət Gömrük Komitəsinə aidiyyatı yoxdur: "Onlar özəl şirkətlərdir. Əgər onlar belə addım atıblarsa, bu onların öz işidir. Səbəbini daşıma şirkətlərindən soruşmaq lazımdır. Dövlət Gömrük Komitəsində isə gömrük rüsumlarının qiymətində heç bir dəyişiklik olmayıb. Rüsumlar əvvəlki kimidir".

  • Əvvəlki

    Ağsuçay çayında minik avtomobilində köməksiz vəziyyətdə qalmış dörd nəfər xilas olunub

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0