Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində dörd nəfər “UAZ” markalı minik avtomobilində köməksiz vəziyyətdə qalıb.
FHN-dən "Kommersant.Az"a bildiriblər ki, hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri vətəndaşların xilas olunmasını təmin ediblər. Əməliyyat başa çatıb.