USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nuridə Allahyarovya Nazirlikdə iş verdilər - TƏYİNAT

04.06.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.

"Kommersant"ın məlumatına görə, Nuridə Allahyarova qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

N.Allahyarova Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

Xatırladaq ki, N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, "BakuBus"da mətbuat katibi vəzifələrində çalışıb. Eyni zamanda, Azərbaycan Universitetinin rektorunun müşaviri olub. Daha əvvəllər Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində çalışıb.