USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərişıq" sayğac almaq planlarını açıqlayıb

06.12.2019 İqtisadiyyat
0 0
Dövlət Elektrik Paylayıcı Şirkəti "Azərişıq" ASC gələn il üçün satınalma planını dekabrın 4-də açıqlayıb. Dövlət satınalmaları portalında verilən məlumata görə, "Azərişıq" 610 min ədəd, o cümlədən smart kart tipli 100 min ədəd bir fazalı sayğac almaq niyyətindədir.

Bu il "Azərişıq" sayğacların alınması üzrə "Gatdigital" QSC və "Sensemi DMCC OF DUBAİ" ilə iki publik müqavilə bağlayıb, amma onların sayı barədə məlumat verilmir. Fevral və iyul aylarında imzalanan müqavilələrin ümumi dəyəri 7 milyon manatdan (4 milyon 158 min dollar) çoxdur.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin doqquz ayı ərzində Azərbaycana ümumi dəyəri 6 milyon 643,3 min ABŞ dolları olan 247,8 min ədəd elektrik sayğacı tədarük edilib. Sayğaclar əsasən Türkiyədə (170,4 min ədəd, bir ədədi 13,84 dollar) ) və Çində (77,066 ədəd, biri 54,69 dollar) alınıb. ("Turan")

  • Əvvəlki

    50 minə yaxı mənzil istismara qəbul edilib

Digər xəbərlər