USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Akademikin və nazirin adı borc qalmaqalında hallanır

11.02.2020 İqtisadiyyat
0 0
Ədliyyə naziri Fikrət Məmmədov və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin adından borc qalmaqalında istifadə edilir.

Bu barədə Şəki sakinləri Nəsib Osmanov və Teyyub Cəbrayılov adlı vətəndaşlar bildirib.

"Biz ustayıq. 2015-ci ildə Şəki şəhərində hələ istifadəyə verilməmiş şadlıq sarayını təmir etmişik. İş icraçısı Nizami Mahmudov adlı şəxs olub. İş bitəndən sonra bizə 16 min 200 manat pul verilməli idi. Lakin Nizami Mahmudov həmin məbləği verməkdən imtina edir. Bildirir ki, guya işin sifarişçiləri pulu ödəməyib.

Ədliyyə naziri Fikrət Məmmədovla Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin adını hallandırır. Biz isə araşdırmışıq ki, bu məsələdə onların heç bir rolu yoxdur. Əksinə, onlar işçilərin pulunu artıqlaması ilə veriblər. Hətta Nizami Mahmudovdan hansısa işçiyə borclu qalıb-qalmadıqlarını da soruşublar. Nizami Mahmudov isə onlara bildirib ki, bütün işçilərin pulu verilib. Bunu mənə işi təhvil almağa gələn Azər adlı şəxs deyib", - deyə Nəsib Osmanov bildirib.

Onun sözlərinə görə, Nizami Mahmudov Ədliyyə naziri və akademikin adından istifadə etməklə faktiki olaraq onları aldadıb. "Biz istəmirik ki, bu cür hörmətli adamların adına ləkə gəlsin. Ona görə də məsələni ictimailəşdirmək qərarına gəldik. Düşünürük ki, onlar məsələdən xəbər tutub müvafiq tədbirlər görəcəyik", -deyə Nəsib Osmanov əlavə edib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət etmək niyyətindədirlər: "Biz fəhlə adamlarıq. Əziyyət çəkib iş görmüşük. İşimizdə də hər hansı problem yoxdur. Halal pulumuzu istəyirik. Bu gün mənim övladımın səhhətində problem var. Mən pul tapa bilmirəm ki, övladımı müalicə etdirim. Nizami Mahmudov isə bizim halal pulumuzu mənimsəyib kef eləyir. Mühasibin öz imzası ilə təsdiq edib ki, bizə 16 min manat borc qalıb. Biz bu məsləni belə qoymayacağıq. Prezidentə, Mehriban xanıma da müraciət edəcəyik".

Yenisabah

  • Əvvəlki

    “Bank VTB Azərbaycan”ın rəhbərliyində dəyişiklik olub - FOTO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0