USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mikayıl Cabbarov: “Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırır”

28.02.2020 İqtisadiyyat
0 0
“Gürcüstan Azərbaycan üçün əhəmiyyətli iqtisadi tərəfdaşdır”.

"Kommersant.az"ın xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov gürcü həmkarı Natia Turnava ilə görüşdən sonra bildirib.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin yaydığı məlumata əsasən, nazir Azərbaycan şirkətlərinin Gürcüstanda çox fəal olduğunu deyib:

"Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırır".

M. Cabbarov qeyd edib ki, görüşdə mövcud layihələr, əməkdaşlıq üçün gələcək planlar, hər iki ölkə bazarını xarici investisiyalar üçün daha da cəlbedici etməklə bağlı məsələlər üzrə müzakirələr aparılıb.

report

  • Əvvəlki

    WhatsApp qruplarının təhlükəsizlik problemi

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0