USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Həbs olunan "maska" tacirlərinin biri bu vəzifəlinin həyat yoldaşıdır - FOTO

12.03.2020 İqtisadiyyat
0 0
Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) xüsusi əməliyyatı nəticəsində saxlanılan tibbi maskaları real dəyərindən dəfələrlı baha qiymətə satışını həyat keçirməyə cəhd edən dəstə ilə bağlı yeni məlumat yayılıb.

"Kommersant.az" sfera.az-a istinadən xəbər verir ki, bu həbs həyata keçirilən zaman yayılan rəsmi informasiyada maska "tacir"lərinin 1 milyon maskanı hansı şirkətdən əldə etməsi haqda heç bir məlumat yox idi. Bu da ictimaiyyətdə xeyli suallara səbəb olmuşdu.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, saxlanılanlardan biri olan Riad Məmmədov "Avromed" şirkətinin baş direktoru Əzizə Baxşiyevanın həyat yoldaşıdır. Həmçinin bildiirilir ki, Riad Məmmədov da bu sahəyə yad adam deyil. O, həmçinin aptek müdiridir.

"Avromed"ə gəlincə, bu şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. O, parlamentin oliqarx deputatlar kateqoriyasına aid edilir.

Daha bir məlumata görə isə saxlanılanların içərisində daha iki məşhur dərman idxalı şirkətinin əməkdaşı var.

  • Əvvəlki

    İtaliyadan dönən azərbaycanlı tələbələr karantinə yerləşdirildi

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0