USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin: “Rusiyada koronavirus pik həddə hələ çatmayıb”

14.04.2020 İqtisadiyyat
0 0
“Rusiyada koronavirus infeksiyasının yayılması pik həddə hələ çatmayıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin Ali Şurasının onlayn formatda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hakimiyyət ölkədə sanitar-epidemioloji vəziyyəti diqqətlə izləyir: "Ekspertlərin qiymətləndirmələrinə görə, Rusiyada yoluxmanın pik həddi hələ keçilməyib. Biz sanitar-epidemioloji vəziyyəti diqqətlə izləyirik, infeksiyanın yayılmaması üçün lazımi profilaktik və digər tədbirləri həyata keçiririk".

Rusiya Prezidenti qeyd edib ki, lazım gələcəyi təqdirdə Müdafiə Nazirliyinin hospitalları koronavirusa yoluxmuş xəstələr üçün fəaliyyət göstərəcək: "Müdafiə Nazirliyinin xətti ilə 16 ixtisaslaşdırılmış hospitalın tikintisi gedir. Yaxın vaxtlarda bu hospitallar təhvil veriləcək. Əlbəttə ki, bu hospitallardan təkcə hərbi xidmətçilər deyil, lazım olduğu təqdirdə mülki əhali də istifadə edə biləcək". (APA)

  • Əvvəlki

    DİN karantin cərimələrini ödəmək istəməyənlərə xəbərdarlıq etdi

Digər xəbərlər