USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlikdən sahibkarlara xəbərdarlıq

17.04.2020 İqtisadiyyat
0 0
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Qaynarinfo-ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Nazirliyin xəbərdarlığında deyilir:

"Hörmətli vergi ödəyiciləri!

Koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcəkdir".

  • Əvvəlki

    Bu nömrəyə zəng edin, Dövlət pulsuz ərzaq verir - İmkansız ailələrə şad xəbər

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0