USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtaliyada koronavirus qurbanlarının sayı 24 114-ə çatıb

21.04.2020 İqtisadiyyat
0 0
İtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 454 nəfər dünyasını dəyişib.

"Kommersant.az" modern.az-a istinadən xəbər verir ki,bununla da ölkədə pandemiyadan ölənlərin sayı 24 114-ə çatıb.

İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha 2 256 nəfər artıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 181 228 nəfərə çatıb.

İndiyədək ölkədə xəstəlikdən sağalanların sayı 48 877 nəfər təşkil edib.