"Kommersant.az" xəbər verir ki, qardaş ölkədə daha 131 nəfər pandemiyanın qurbanı olub. Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Bununla da Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 148 nəfərə çatıb.
"Bu gün 42 900 test aparılıb, 3 690 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 89 996 nəfərdir. Bu gün daha 1 680 pasiyent sağaldı, sağalanların ümumi sayı 13 656 nəfərdir", deyə nazir bildirib.