USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü

21.04.2020 İqtisadiyyat
0 0
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən daha 30 mini üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.

"Kommersant.az" xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsinin 3 dəfə artırılması ümumilikdə 600 min şəxsin birdəfəlik ödəmə ilə təminatını nəzərdə tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan gündəlik olaraq birdəfəlik ödənişlər həyata keçirilir. Artıq 260 min nəfər üçün ödəniş edilib və bunun üçün 49,4 milyon manat vəsait köçürülüb.

Birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra vətəndaşların telefon nömrəsinə bu barədə SMS göndərilir. İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq mesajda "Azərpoçt" MMC qeyd edildiyi halda, istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.

Birdəfəlik ödənişlər qarşıdakı günlərdə də davam edəcək.

  • Əvvəlki

    Sabiq məmurların koronavirusla mübarizəyə ayırdığı ianə - SİYAHI

Digər xəbərlər

17.07.2025 İqtisadiyyat
Bəzi ərazilərdə işıq olmayacaq
0 0
17.07.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
17.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0