USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın Azərbaycandan idxalı 6% azalıb

19.05.2020 İqtisadiyyat
0 0
Bu ilin ilk dörd ayında Gürcüstan Azərbaycandan ümumi dəyəri 221 843,3 min ABŞ dolları olan məhsul idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycandan idxalında 5,9% azalma qeydə alınıb.

Yanvar-apreldə Azərbaycan Gürcüstanın ümumi idxalında 9% payla qonşu ölkənin Türkiyə və Rusiyadan sonra üçüncü əsas idxal tərəfdaşı olub.