USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkədə fövqəladə vəziyyət rejimi ləğv edildi - QƏRAR

23.05.2020 İqtisadiyyat
0 0
Gürcüstanda yeni növ koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

"Kommersant.az"-ın xəbərinə görə, Gürcüstan hökumətinin qərarına əsasən, mayın 23-dən etibarən bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunmayacaq.

Qeyd edək ki, qonşu ölkədə "COVID-19" pandemiyası ilə əlaqədar olaraq martın 21-də fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan Prezidenti Salome Zurabişvili aprelin 17-də fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması barədə sərəncam imzalayıb. Aprelin 22-də isə Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin mayın 22-dək uzadılması ilə bağlı Prezident Salome Zurabişvilinin sərəncamını dəstəkləyib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb. Həmin tarixdən ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 723-ə çatıb.

  • Əvvəlki

    Elmar Məmmədyarov istefaya çağırıldı

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0
26.04.2024 İqtisadiyyat
JPMorgan Türkiyə istiqrazlarına təsiri
0 0