USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan birinci hansı ölkəylə sərhədini açacaq?

16.06.2020 İqtisadiyyat
0 0
"Azərbaycanın qonşu ölkələrlə sərhədinin açılması məsələsi müzakirəyə çıxarıla bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Politoloq deyib ki, koronavirus pandemiyası uzun müddət davam edəcək:

"Yaxın həftələrdə təyyarələrin uçuşlarına icazə verilib. Koronaviris hələ uzun illər bitməyəcək. Bu o demək deyil ki, virus ölmiyənə kimi sərhədlər qapalı qalmalıdır. Avropa ölkələrində də koronavirus bitməyib. Ancaq artıq öz aralarında sərhədi açıblar".

Elxan Şahinoğlunun fikrincə, Azərbaycan ilk olaraq Gürcüstanla sərhədini açacaq:

"Müəyyən vəziyyət öyrəniləndən sonra düşünürəm ki, Azərbaycan da öz qonşuları, əsasən də Gürcüstanla sərhədi açacaq. Gürcüstanda virusa yoluxanlar azdır".

  • Əvvəlki

    “Apteçka”da kifayət qədər tibbi ləvazimat olmalıdır - Sürücülərin NƏZƏRİNƏ

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0