USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məktəblər sentyabrda açılacaq? - Prezidentdən açıqlama

17.06.2020 İqtisadiyyat
0 0
"Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq".

Bu sözləri "Microsoft" şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft" şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirən prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. "Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir".

O, qeyd edib ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyət məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq."Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb".

Bakupost

  • Əvvəlki

    Cəlal İsayev: “Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır”

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0