USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvandan Bakıya ancaq paytaxt qeydiyyatı olanlar gələ bilər?

17.06.2020 İqtisadiyyat
0 0
Naxçıvanda aviakassaların qarşısında narazılıq yaranıb.

Bu barədə hazırda Naxçıvanda olan jurnalist həmkarlarımızdan biri məlumat verib. Onun bildirdiyinə görə, Naxçıvandan Bakıya gəlmək üçün yalnız Bakı qeydiyyatında olan şəxslər qeydiyyata alınır:

"Vətəndaşlar saatlardır aviakassa qarşısında növbə gözləyirlər. Narazılıq edirlər. Sərnişinlərdən biri "Saat 8-dən siyahıya düşmək üçün gəlmişəm. İstidə neçə saatdır gözləyirik, indi deyirlər ki, ancaq Bakı qeydiyyatı olan şəxslərin siyahıya salnması üçün göstəriş gəlib. Aylardır işsizəm", - deyə həmkarımız narazılığını dilə gətirib. Bu məsələyə aidiyyatı qurumlar aydınlıq gətirsin".

Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski ilə əlaqə saxladıq. Paşa Kəsəmənski kassaların bağlı olduğunu bildirib:

"Kassalar bağlıdır. Onlar hara gedib? Naxçıvan uçuşları ilə bağlı "Azərbaycan Hava Yolları"nın vitse-prezidentiin müsahibəsi var. Həmin müsahibədə bütün suallara cavab verilib. Müsahibə azal.az saytında yerləşdirilib. Qeydiyyat məsələsini isə Operativ Qərargahla araşdırın".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə məsələ ilə əlaqədar AZAL-la əlaqə saxlamağımızı məsləhət bildi.

Qaynarinfo

  • Əvvəlki

    İcra başçısının 115 min manat "qazpulu" borcu var - FOTO

Digər xəbərlər