USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bu qərar şagirdlərdə psixoloji sarsıntı yaratdı” - EKSPERT

19.06.2020 İqtisadiyyat
0 0
"Son qərar şagirdlərdə olduqca böyük psixoloji sarsıntı yaratdı”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sərt karantin rejimi səbəbindən iyunun 21-dən iyulun 5-dək keçirilməsi nəzərdə tutulan bütün buraxılış və qəbul imtahanlarının təxirə salınmasından danışarkən deyib.

Onun fikrincə, 2020-ci il abituriyentlər üçün olduqca uğursuz oldu:

"Mart ayının 3-dən orta məktəblərdə dərslər dayandı. Ardınca onların qəbul və buraxılış imtahanlarında nəticə əldə etməsinə birbaşa təsir edən hazırlıq kursları və repititorluğ fəaliyyətinə məhdudiyyət tətbiq edildi. Nəticədə şagirdlər normal dərsdən geri qaldılar. Yenidən növbəti dəfə imtahanlar təxirə salındı. Bəli, insanların sağlamlığı hər şeydən önəmlidir. Amma düşünürəm ki, qaydalara əməl edilməklə imtahanların təşkili mümkündür".

Kamran Əsədov qeyd edib ki, artıq şagirdlərin özlərinə olan inamı sarsılıb:

"Məhz bu amil onların qəbul imtahanlarındakı nəticələrə ciddi şəkildə təsir edəcək. Mövcud vəziyyətdə imtahanların avqust ayının sonuna qədər uzanacağını gözləmək olar. Bu da şagirdlərin həm psixoloji, həmdə zehni cəhətdən yorulmasına gətirib çıxaracaq. Təklif edirəm ki, qəbul və buraxılış imtahanları birləşdirilməklə vahid bir imtahan keçirilsin. Problemi yalnız belə həll etmək mümkündür".

  • Əvvəlki

    Əli Həsənovdan sensasion açıqlamalar: "Oğlum şirkətlərinin hamısını təhvil verib"

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
Apple M4 prosessorunu təqdim etdi
0 0
07.05.2024 İqtisadiyyat
Polşada "Avro"nun qiymətləndirilməsi
0 0