USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Müəyyən iqtisadi layihələr dayandırılıb" - Tahir Mirkişili

07.08.2020 İqtisadiyyat
0 0
Milli Məclis “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. T.Mirkişili bildirib ki, qanun layihəsinin müzakirəsində ümumi olaraq 32 deputat çıxış edib:
“Komitə iclasında 8, qanun layihəsinin müzakirəsi zamanı isə 24 deputat çıxış edib. Qanun layihəsinin olduğu kimi saxlanılması məqbul hesab olunub. Amma həmkarlarımızın verdiyi təkliflər də diqqətdə saxlanılacaq”.

T.Mirkişili qeyd edib ki, pandemiyanın və neft qiymətinin ucuzlaşmasının büdcəyə müəyyən təsiri olub:

“Müəyyən iqtisadi layihələr dayandırılıb. Xarici borca, devalvasiyaya getmədən, problemləri vətəndaşın üzərinə qoymadan pandemiyanın yaratdığı nəticələr dərin təhlil olunub və vəziyyətdən çıxmağı hədəflənib”.