USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beyrut limanının baş direktoru həbs edildi

19.08.2020 İqtisadiyyat
0 0
Məhkəmə Livanda baş verən partlayışın təhqiqatı çərçivəsində Beyrut limanının baş direktoru Həsən Kreytemin həbsinə order verib.

"Kommersant.az" xəbər verir ki, məhkəmə işini aparan hakimi Fadi Savan dörd saatlıq dindirilmədən sonra Həsən Kreytemi həbs etmək barədə qərar çıxarıb.

Fadi Savan bundan əvvəl Livanın Gömrük Xidmətinin rəisi Bədri Daherin həbsinə order verib. Livanın Baş prokuroru Həsən Uveydat Beyrut limanında baş verən partlayışdan sonra 25 nəfər barəsində cinayət işinin açıldığını bildirib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında bir neçə güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını zədələyib. Son məlumata görə, insident nəticəsində 171 nəfər həlak olub, 6 mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, 300 min insan isə evlərini itirib. Partlayış ölkənin buğda ehtiyatının 85 faizinin saxlanıldığı anbarları dağıdaraq ərzaq təhlükəsizliyinə güclü zərər vurub.

Livan hakimiyyətinin məlumatına görə, partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitrat səbəb olub.

Livan paytaxtı fəlakət rayonu elan edilib və şəhərdə iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub. Bundan sonra Livanda hökumət əleyhinə mitinqlər başlayıb və nəticədə ölkə hökuməti istefa vermək məcburiyyətində qalıb.

  • Əvvəlki

    Oracle şirkəti də TikTok-un bizneslərinin alınması üzrə danışıqlar aparır

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0