USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cavid Qurbanov məhkəməyə verildi

24.08.2020 İqtisadiyyat
0 0
Cavid Qurbanovun sədri olduğu "Azərbaycan Dəmir Yolları” QSC xarici şirkətə kələk gəldiyi üçün məhkəməyə verilib.

"Kommersant.az"ın xəbərinə görə, bu barədə məlumat yayıb.

Məlumata görə, Çexiyanın "ROBERTSON & BLUMS" CORPORATİON by RBC Group şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-dən 650 min dollar tələb edir. Səbəb isə Cavid Qurbanovun rəhbərlik etdiyi dövlət şirkətinin imzaladığı müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır.

Məlumata görə, Cavid Qurbanov məhkəmədə uduzacağını və Çexiya şirkətinin tələb etdiyi məbləği ödəmək məcburiyyətində qalacağını bildiyi üçün prosesi uzatmağa çalışır.

"Cavid Qurbanovun rəhbərlik etdiyi QSC-nin xarici şirkətlərlə yaşadığı problemlər hakimiyyəti də narahat etməlidir. Çünki xarici investisiyaların ölkəyə cəlbində ən böyük amillərdən biri də dövlət şirkətlərinin öhdəliklərinə nə dərəcədə əməl etməsi ilə bağlıdır. Şübhəsiz ki, Çexiya şirkəti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında yaşanan qalmaqal xarici mediaya da çıxacaq. Onda Cavid Qurbanovun Azərbaycanın imicinə vurduğu zərbələri təsəvvür etmək çətin olmaz", - məlumatda bildirilir.

aztoday

  • Əvvəlki

    “Sizə nə hörmət, nə də ki rəğbət olacaq…” - İlham Əliyev

Digər xəbərlər

30.05.2025 İqtisadiyyat
Paytaxtın bu ərazisində su olmayacaq
0 0
30.05.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
30.05.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0