USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Samir Şərifov Asiya İnkişaf Bankının illik toplantısında iştirak edəcək

17.09.2020 İqtisadiyyat
0 0
Azərbaycanın maliyyə naziri Samir Şərifov 17-18 sentyabr tarixlərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü illik toplantısında iştirak edəcək.

"Kommersant.az" xəbər verir ki,bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Video-konfrans formatında keçiriləcək toplantıda COVID-19 pandemiyası ilə mübarizə, post-pandemiya dövründə iqtisadiyyatların bərpası zamanı yaranacaq çağırışların dəstəklənməsi, daxili resursların səfərbər edilməsi ilə davamlı inkişafa nail olmaq, eləcə də Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramlar və digər məsələlər müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.

AİB-in illik toplantısı çərçivəsində, həmçinin Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının “Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclası keçiriləcək. İclasda Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin iştirakı nəzərdə tutulub.

AİB-in Rəhbərlər Şurasının 53-cü illik toplantısı 4-5 may 2020-ci il tarixlərində Cənubi Koreyanın İnçion şəhərində keçirilməli idi. Lakin illik toplantının COVID-19 pandemiyası ilə əlaqədar keçirilməsi mümkünsüz olmuş və iclasın iki mərhələdə - 22 may tarixində AİB-in baş qərargahının yerləşdiyi Filippinin paytaxtı Manila şəhərində qısaldılmış, cari ilin 17-18 sentyabr tarixlərində isə video-konfrans formatında əsas iclaslarının keçirilməsinə dair qərar qəbul edilmişdi.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə AİB respublikaya $5 milyarddan çox kredit ayırıb.

  • Əvvəlki

    FED uçot dərəcəsi ilə bağlı qərarını - AÇIQLAYIB

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0