USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ali məktəblərdə məsafədən tədris imkanları genişləndirilir

12.11.2020 İqtisadiyyat
0 0
Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələri üçün "Microsoft Teams” və əlavə olaraq "Cisco Webex” platformasından ödənişsiz istifadə imkanları təqdim edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, platformalar üzrə nazirlik tərəfindən müvafiq testlər həyata keçirilib ki, nəticədə hər iki həll onlayn dərslərin təşkili üçün təhlükəsiz, sürətli və dayanıqlı hesab olunub. Platformalardan istifadə üzrə müəllim və tələbələr üçün davamlı olaraq təlimlər təşkil olunur, təlimatlar təqdim edilir və texniki dəstək göstərilir.

Hazırda 32 ali təshil müəssisəsində sözügedən platformalardan istifadə olunur, 6 ali təhsil müəssisəsi isə qoşulmaq üzrədir. Onlayn dərslərə qoşulmaq üçün lazımi şəraiti olmayan müəllim və tələbələrin faydalanmaları üçün 17 region üzrə 28 məktəbdə internet-kompüter mərkəzləri fəaliyyət göstərir.

Təhsil müəssisələri sözügedən platformalar vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilirlər.

  • Əvvəlki

    Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkilib

Digər xəbərlər

15.04.2024 İqtisadiyyat
ABŞ Türkiyəni dolları ilə əzir
0 0
15.04.2024 İqtisadiyyat
Azərbacanda dollar bahalaşa bilər?
0 0