USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR: “Şahdəniz” yatağından qaz ixracı qısamüddətli dayanmadan sonra bərpa olunub

24.02.2021 İqtisadiyyat
0 0
Azərbaycan qısamüddətli dayanmadan sonra “Şahdəniz” yatağından qaz ixracını bərpa edib.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

"Söhbət ixracın qısamüddətli dayanmasından gedir. Səbəb bir neçə saat ərzində aradan qaldırılıb və qazın ixrac sisteminə ötürülməsi bərpa edilib", - deyə Əhmədov bildirib.

Daha əvvəl KİV-in Türkiyənin Enerji Birjasına (EPİAS) istinadən yaydığı məlumata görə, Azərbaycanın qaz quyularında ("Şahdəniz" yatağında) yaranmş texniki nasazlıq səbəbindən fevralın 23-də Türkiyəyə təbii qazın nəqli dayandırılıb.

Hazırda "Şahdəniz" yatağından hasil edilən qaz Gürcüstana və əsasən də Türkiyəyə ixrac olunur. Bununla yanaşı, Azərbaycan Türkiyəyə yalnız bu yataqdan qaz tədarük edir.

  • Əvvəlki

    Kəskin hava şəraiti ilə bağlı neçə nəfər sığınacağa yerləşdirilib? - AÇIQLAMA

Digər xəbərlər