USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nəqliyyat eksperti sürücülərə çağırış etdi: “Elə edin ki...”

24.02.2021 İqtisadiyyat
0 0
"Axşam saatlarında küçələrdə hərəkət daha da çətin olacaq".

"Kommersant.az" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov ölkənin əksər yerlərində, xüsusən də Bakıda və Abşeronda bu gün müşahidə olunan meteoroloji şəraitlə bağlı sürücülərə çağırış edib. Ekspert bunun səbəbini küçə və yollarda qarın-buzun artacağı ilə əlaqələndirib:

"Avtomobiliniz belə şərait üçün hazır deyilsə, özünüzün uyğun təcrübəniz yoxdursa, küçəyə çıxmayın. Kim çıxıbsa da, axşama qədər (18.00-dək) mənzil başına qayıtmağa çalışsın. Çox güman ki, kommunal xidmətlər də gündüz olduğu kimi çalışmayacaqlar. Elə edin ki, küçələrdə, yollarda qalmayın".

Ərşad Hüseynov bildirib ki, aidiyyatı qurumlar bütün küçələri təmizləməyi, hər yerə duz və ya qum səpməyi bacarmırlar:

"Bunu etdikləri küçələrdə də hər saat yeni qar yağır, qumun üstü yenidən qarla örtülür, duzun əritdiyi buzu yenisi əvəz edir".

Qaynarinfo

  • Əvvəlki

    Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdi

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0