USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda kartof və soğan bahalaşıb

28.03.2022 İqtisadiyyat
2 1
Azərbaycanda əhalinin istehlak səbətində mühüm yer tutan bir sıra tərəvəz məhulları bahalaşıb.

Məlumata görə, kartofun qiyməti fevral ayında hər kiloqramı 1.02 manat təşkil edib. Bu da son ayda 4 qəpik, yaxud 4.50% bahalaşma deməkdir.

Lakin, mart ayı üçün də artımlar davam edir. Banker.az supermarketlərdəki qiyməti araşdırıb və hazırda acık sortu 1.2 manat/kq, Şəmkir kartovunun qiyməti 1.7 kq/manat təşkil edir.

Baş soğanın hər kiloqramı isə rəsmi olaraq 3 qəpik, yaxud 5.47% bahalaşaraq 66 qəpik təşkil edir. Marketlərdə isə mart ayı üçün hər kiloqramının qiyməti artıq 1 manat ətrafındadır.

Fevralda bəzi tərəvəzlər: məsələn, yerkökü (0.78%) və süfrə çuğunduru (0.64%) ucuzlaşıb.

Manatla

Məhsulun adı Ölçü vahidi Yanvar Fevral Dəyişmə
Süfrə çuğunduru orta 1kq 1.00 1.00 -0.64%
yerli 1.03 1.02 -0.65%
idxal 0.96 0.96 -0.35%
Yerkökü orta 1kq 1.12 1.11 -0.78%
yerli 1.03 1.03 -0.58%
idxal 1.21 1.19 -1.25%
Sarımsaq orta 1kq 4.61 4.79 3.86%
yerli 4.28 4.47 4.42%
idxal 4.97 5.12 3.02%
Baş soğan orta 1kq 0.63 0.66 5.47%
yerli 0.60 0.63 5.47%
idxal 0.68 0.71 4.65%
Təzə göbələk orta 1kq 5.51 5.54 0.59%
yerli 5.51 5.54 0.59%
idxal
Kartof orta 1kq 0.98 1.02 4.50%
yerli 1.00 1.05 4.80%
idxal 0.96 0.98 2.99%