Azərbaycanda qiymətlər yenidən bahalaşmağa başladı - illik inflyasiya 12.4%-ə yüksəldi

13.05.2022 İqtisadiyyat
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 12.4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17.4 %, qeyri-ərzaq məhsulları üzrə 6.4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.2 % təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin aprel ayında isə istehlak qiymətləri indeksi mart ayına nisbətən 1.0 %, ötən ilin aprel ayı ilə müqayisədə 13 % olub.

Bu ilin aprel ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.7 %, əvvəlki ilin aprel ayına nisbətən 18.4 % təşkil edib.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın, armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, mineral suların, arağın, ucuzlaşma isə əsasən yumurtanın, qozun, fındığın, xiyarın, kələmin və çuğundurun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 %, əvvəlki ilin aprel ayına nisbətən 7.1 % təşkil edib

Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyim və ayaqqabıların, inşaat materiallarının, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sabunların, şampunların və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.4 %, əvvəlki ilin aprel ayına nisbətən 10.2 % təşkil edib. Cari ilin aprel ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların, ayaqqabıların, mebellərin və minik avtomobillərinin təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Əvvəlki

    Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ verilir

Digər xəbərlər

16.05.2022 İqtisadiyyat
Avropada təbii qaz ucuzlaşıb
0 0
16.05.2022 İqtisadiyyat
Avro ucuzlaşacaq
0 0