Bakıda 23 avtobusun hərəkət sxemi dəyişdirilir

13.05.2022 Sosial
“Bakı Marafonu – 2022” tədbiri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq mayın 15-də paytaxtda 23 marşrutun hərəkət sxeminə dəyişiklik ediləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliklər aşağıdakı kimi olacaq:

– 1, 2, 4, H1 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri Y.Səfərov küç. istiqamətində dəyişdirilərək Puşkin – Nizami – Y.Səfərov küçələri ilə təşkil ediləcək;

– 5 və 88 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” metro stansiyası (Puşkin küç.) olmaqla təşkil ediləcək;

– 6 nömrəli marşrutun fəaliyyəti 2 istiqamət üzrə – yəni 20-ci Sahə y/m (F.Ö.Nemanzadə küç.) – “İçərişəhər” metro stansiyası və Axundov bağı – “Azadlıq prospekti” metro stansiyası istiqamətində təşkil ediləcək;

– 10 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Xocalı pr. (“Xətai” metro stansiyası) olmaqla, fəaliyyəti M.Müşfiq – A.Şaiq – Ş.Bədəlbəyli – D.Əliyeva – Puşkin – Nizami – Y.Səfərov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

– 18 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Ə.Cavad küç. (Nizami bağı) olmaqla, fəaliyyəti Ş.Şamil – İstiqlaliyyət – Azərbaycan pr. – Ə.Cavad – B.Sərdarov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

– 21, 32, 46, 175 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi 8 Noyabr pr.-də (Bakı Fransız Liseyi) olmaqla təşkil ediləcək;

– 30 və 49 nömrəli müntəzəm marşrutların fəaliyyəti D.Əliyeva – Nizami – Y.Səfərov küçələri ilə təşkil ediləcək;

– 53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsi B.Sərdarov küç. (Axundov bağı) olmaqla təşkil ediləcək;

– 61 nömrəli müntəzəm marşrutun fəaliyyəti S.Vurğun – Ş.Bədəlbəyli – R.Behbudov – S.Əsgərova küçələri ilə təşkil ediləcək;

– 65 nömrəli müntəzəm marşrutun fəaliyyəti Lermontov küç. – Ş.Şamil küç. – İstiqlaliyyət küç. – Azərbaycan pr. ilə təşkil ediləcək;

– 125, 127 və 205 nömrəli müntəzəm marşrutların fəaliyyəti Bakı Dairəvi Avtomobil yolu ilə təşkil ediləcək;

– 120 və 149 nömrəli müntəzəm marşrutların fəaliyyəti Yeni Salyan yolu – Bibiheybət yolu – 20-ci Sahə dairəsi, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.