Avtobuslarda xüsusi fəaliyyət rejimi ləğv edildi - RƏSMİ

04.07.2018
İqtisadiyyat
0
0
Paytaxtın enerji təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləvğ edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) "Kommersant"a verilən məlumata görə, hazırda müntəzəm sərnişindaşımaları adi günlərdə olduğu kimi davam etdirilir.
BNA 3-4 iyul tarixlərində sərnişindaşınmasını xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığını bildirir.
Digər xəbərlər

02.05.2025
İqtisadiyyat
Aİ ABŞ-a 50 milyard avroluq rüsum təklif edir: “İnanıram ki, bu, çox tez həll olunacaq”
0
0

02.05.2025
İqtisadiyyat
Standard Chartered birinci rübdə gözlənilən mənfəətdən daha yaxşı olduğunu bildirir
0
0