USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Varlıya vergi, kasıba ayda 500 dollar

07.07.2018 İqtisadiyyat
0 0
Facebook-un qurucu ortaqlarından olan və daha sonra şirkətdən ayrılaraq Obamaya məsləhətlər verən Chris Hughes gəlir bərabərsizliyini həll etmək üçün maraqlı bir formul dilə gətirib. Formula görə, zənginlərdən yüksək vergi alınaraq aşağı gəlirlərə aylıq sabit maaş ödənilməlidir.

Mark Zuckerberg və Harvard Universitetindəki üç tələbə yoldaşı ilə bərabər, Facebook-un beş qurucusundan biri olan Chris Hughes, bu sayədə 500 milyon dollar qazanıb. O, Amerikada yanlış olan bir şey olduğunu düşünür.

Ən aşağı gəlir səviyyəli insanlara dövlətin maaş bağlaması lazım olduğunu söyləyən Hughes, bunun da zənginlərdən alınacaq verginin artırılması hesabına ödənilməsi lazım olduğuna inanır.

Hughes, "ABŞ-dakı gəlir bərabərsizliyi Böyük Böhrandan bəri bu qədər pis olmayıb. İşsizliyin 3,9 faiz olduğunu və birjanın rekord səviyyəyə qalxdığını oxusaq da, əslində ortalama gəlir 40 ildir ki, dəyişməyib" deyib.

Hughes, dövlətin bütün vətəndaşlara sabit bir pul ödəməsini nəzərdə tutan Təməl Gəlir (Universal Basic Income) adlı layihəyə əslində inanmadığını, bu səbəbdən varlılara 50 faiz vergi qoyularaq, aşağı gəlirlərə 500 dollar aylıq ödəniş edilməsini dəstəklədiyini əlavə edib.

Bu planın ildə 290 milyard dollara başa gələcəyini deyən Hughes, 50 faiz verginin ildə 250 min dollar və daha çox gəlir əldə edənlərdən alınması lazım olduğunu bildirib. ABŞ-da ildə 200 min dollar və daha yüksək gəlir əldə edənlər hazırda 35 faiz vergi ödəyirlər.

Hughes, aylıq 500 dollar maaşın insanların həyatını bir az da olsun sakitləşdirəcəyini əlavə edib.

  • Əvvəlki

    Bitcoin 7 min dollara qalxır - SON QİYMƏT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0