USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB hansı sanksiyaların razılaşdırıla bilmədiyini açıqlayıb

23.02.2023 İqtisadiyyat
9 12
Aİ sanksiyalar paketi bəzi məhsulların qadağası ilə bağlı razılığa gələ bilmir.

Aİ səfirləri Rusiya Federasiyasına qarşı sanksiyaların müzakirəsi zamanı Rusiyanın Avropadakı aktivləri haqqında məlumatların təqdim edilməsi öhdəlikləri ilə bağlı razılığa gələ bilməyiblər.

Aİ çərşənbə günü Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədiyindən danışıqlar cümə axşamı davam edəcək.

Fevralın 15-də Avropa Komissiyası elektronika, xüsusi nəqliyyat vasitələri, yük və təyyarə mühərrik hissələri, ikili təyinatlı mallar, tikinti sektoru, nadir torpaq materialları, istilik sənayesinə təsir edəcək yeni 11 milyard avroluq anti-Rusiya sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Görüntü kameraları, yüksək texnologiyalı məhsullar, o cümlədən dronlarda, raketlərdə və helikopterlərdə istifadə edilə bilən komponentlər də paketə daxil ediləcək.

Qeyd edək ki, bundan başqa, yüzə yaxın şəxs və təşkilat, o cümlədən siyasətçilər, təhlükəsizlik işçiləri, media nümayəndələri şəxsi sanksiyalar siyahısında olacaq.

  • Əvvəlki

    Dollar və Avro almaq istəyənlərin - NƏZƏRİNƏ

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0