USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Miller İran səfiri ilə enerji əməkdaşlığını müzakirə edir

27.02.2023 İqtisadiyyat
3 0
"Qazprom"un baş direktoru Miller İran səfiri Cəlali ilə enerji əməkdaşlığını müzakirə edib.

“Qazprom”un baş direktoru Aleksey Miller və İranın Rusiyadakı səfiri Kazem Cəlali enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib:

"Aleksey Miller ilə İran İslam Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali arasında işgüzar görüş keçirilib. Tərəflər enerji sahəsində əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər", - deyə şirkətin Telegram kanalında bildirilib.

Xəbərdə həmçinin bildirilir ki, iyul ayında “Qazprom” və İran Milli Neft Şirkəti arasında strateji əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə qarşılıqlı fəaliyyət imkanlarının təhlili, o cümlədən, İranda qaz və neft yataqlarının işlənməsi, təbii qaz və neft məhsulları ilə mübadilə əməliyyatlarının həyata keçirilməsi, iri tonajlı və kiçik həcmli tonajlı LNG layihələri, qaz kəmərlərinin tikintisi, elmi, texniki və texnoloji əməkdaşlıq olacağının nəzərdə tutlduğu bildirilib.