USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

10 ildən sonra Misirə ilk səfər

17.03.2023 Siyasət
0 0
Xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Samih Şukrinin dəvəti ilə martın 18-də Misirə rəsmi səfər edəcək. Normallaşma çərçivəsində Misirlə bu təmas son 1 ayda keçirilən ikinci nazirlər toplantısı olacaq.

Nazirlikdən verilən məlumata görə, Çavuşoğlu ilə Şükri arasında keçiriləcək görüşdə Türkiyə ilə Misir arasında ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirə ediləcəyi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulub.

Nazir Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olacaq.

Nazir Şükri Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik və başsağlığı vermək üçün fevralın 27-də Türkiyəyə səfər edib və nazir Çavuşoğlu ilə görüşüb.

Misir də zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə humanitar yardım göndərib.