Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Avropa qaz böhranına hazır deyil, mayeləşdirilmiş təbii qazın (LNG) tədarük mənbələri bu qədər artan tələbatı ödəməkdən çox uzaqdır.
"Avropa qaz böhranına hazır deyildi. Avropa mayeləşdirilmiş təbii qaza keçməklə alternativ axtarırdı. Amma orada da kifayət qədər tutum yoxdu. Terminalların sayı kimi problemlər, həmçinin bu mənbə səbəbindən qiymətlər anormal şəkildə yüksəldi. Dövlətlər birdən-birə bu artan tələbi qarşılamaqdan uzaq olduqlarını gördülər”, - deyə Dönmez açıqlamasında bildirib.
Onun sözlərinə görə, böhrandan kimin daha çox zərər çəkdiyi sualını təhlil etmək lazımdır.