USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya COVİD-i "atlada bilmir"

03.04.2023 İqtisadiyyat
8 20
COVID-19-un Almaniya yarmarka sənayesinə vurduğu ziyan 60 milyard avrodur.

Kommersant.az xəbər verir ki, Almaniya Ticarət Sərgiləri Sənayesi Assosiasiyasının (AUMA) baş direktoru Holtmeier, epidemiya zamanı Almaniyada 670 ticarət sərgisinin ləğv edilməsinin indiyədək iqtisadiyyatda 60 milyard avro zərər vurduğunu açıqlayıb.

AUMA-nın baş meneceri Jörn Holtmeier Almaniya mətbuatına verdiyi açıqlamada Almaniya bürokratiyasının təsiri ilə sənayenin epidemiya zamanı əhəmiyyətli itkilər verdiyini bildirib.

Yarmarka şirkətlərinin satışlarının hələ də COVID-19-dan əvvəlki səviyyədən aşağı olduğunu bildirən Holtmeier, normal vaxtlarda yarmarkaya qatılan şirkətlərin yalnız 70 faizinin geri qayıtdığını, ziyarətçilərin isə cəmi yüzdə 65-nin isə yarmarkaları ziyarət etdiyini qeyd dedi.

  • Əvvəlki

    Türkiyənin daha 6 əyaləti zəlzələ bölgəsi elan edildi

Digər xəbərlər