USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobillərin qiyməti artacaq? - ŞƏRH

03.04.2023 İqtisadiyyat
22 11
“Düşünürəm ki, SOCAR-ın AVRO-5 standartlarına uyğun dizel istehsal edib satışa çıxarması bu yanacaq növü ilə işləyən avtomobillərin qiymətinin bahalaşmasına təsir etməyəcək”.

Kommersant.az xəbər verir ki, bunu iqtisadçı Eyyub Kərimli bildirib.

Ekspert qeyd edib ki, əksinə ölkəyə dizellə işləyən daha yeni avtomobillər gətiriləcək:

“Çünki indiyə qədər bu standartlara cavab verməyən dizel avtomobillərin mühərriklərinə fəsadlar yaradırdı. Buna baxımdan hesab edirəm ki, dizelin keyfiyyəti yaxşılaşarsa, ölkəyə yeni avtomobillər gətiriləcək".

Eyyub Kərimli hesab edir ki, AVRO-5 standartlarına uyğun dizelin qiyməti indiki dizelin qiymətindən baha olacaq. Elə bu amil də avtomobillərin qiymətinin artmasına təsir göstərməyəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) AVRO-5 standartına uyğun olan benzinin istehsalına başlanılması 2023-cü ilin iyun-iyul aylarına planlaşdırılıb.

  • Əvvəlki

    Almaniya COVİD-i "atlada bilmir"

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0