Rusiya Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsulları ticarəti sahəsində fəaliyyət göstərən Louis Dreyfus şirkətinin Rusiyadan taxıl ixracını dayandıracağını açıqlayıb.
Kommersant.az xəbər verir ki, iyulun 1-dən etibarən şirkətin Rusiyadan taxıl ixracına son qoyacağına dair məlumatların yer aldığı açıqlamada “Şirkət hazırda Rusiyadakı aktivlərinin yeni sahiblərinə keçmə ehtimalını araşdırır”, deyilib.
Açıqlamada Louis Dreyfus və digər Qərb kənd təsərrüfatı məhsulları şirkətlərinin Rusiyadan getməsinin ölkədəki ərzaq ixracına təsir etməyəcəyi vurğulanıb.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi martın 29-da elan edib ki, Cargill və Viterra şirkətləri də Rusiya bazarında ixrac fəaliyyətlərini dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, qlobal taxıl bazarında 19 faiz paya malik Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır.