USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Buğda və neftin qiymətləri kəskin ucuzlaşıb

04.04.2023 İqtisadiyyat
13 5
Beynəlxalq bazarda buğda və günəbaxan yağının ucuzlaşması davam edir. Xaricdə buğdanın ton qiyməti 300 dollardan aşağı, xam günəbaxan yağının tonu 900 dollardan aşağı düşüb. IAOM Avrasiya prezidenti Dr. Eren Günhan Ulusoy bildirib ki, iyul və avqust aylarında qiymətlər 250 dollar civarına düşə bilər.

Türkiyənin ən çox idxal olunan kənd təsərrüfatı məhsulları olan buğda və günəbaxan yağının qiyməti beynəlxalq bazarda ucuzlaşmaqda davam edir. Rusiya-Ukrayna müharibəsindən əvvəl buğdanın bir tonunun qiyməti 335 dollar idisə, müharibədən sonra qiymət 530 dollara yüksəldi. Ancaq son dövrdə buğdanın tonu 300 dolların altında olub. Martın 28-də Türkiyə Taxıl İdarəsinin (TMO) keçirdiyi tenderdə verilən ən aşağı təklif 281,90 dollar olub. Xam günəbaxan yağı isə beynəlxalq bazarda tonu 2150 min dollara qalxsa da, son vaxtlar 900 dollar səviyyəsinə enib.

Beynəlxalq Un Sənayeçiləri və Taxıllar Assosiasiyasının (IAOM) Avrasiya prezidenti Dr. Eren Günhan Ulusoy beynəlxalq bazarda qiymət enişinin çox təsirli olduğunu, Rusiyanın ötən mövsüm hasilatı 100 milyon tonu keçdiyini və mövsüm boyu 45 milyon tondan çox ixrac hədəfinin olduğunu bildirib. Ulusoy onu da qeyd edib ki, taxıl dəhlizinin işləməsi və Ukraynadan daşınmaların davam etdirilməsi qiymətlərin enməsinə dəstək verən amillərdir.

  • Əvvəlki

    Ağstafa Rayon İcra Hakimiyyəti - TENDER ELAN EDİB

Digər xəbərlər