USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya bazarlarında qızıl niyə bahalaşır? - İQTİSADÇI ŞƏRHİ

10.05.2023 İqtisadiyyat
12 8
“Bu gün insanlar valyuta ilə yatırıma güvənmədiyi üçün öz yatırımlarını qızıl və digər qiymətli metal və daşlara yatırırlar”

Kommersant.az xəbər verir ki, bunu iqtisadçı Akif Nəsirli dünya bazarında qızılın sürətə bahalaşması səbəblərindən danışarkən deyib.

İqtisadçı bildirib ki, dünyada nə vaxt ki, yığıma ehtiyac duyulur, nə vaxt ki, dünyanın aparıcı valyutaları ilə bağlı hətta informasiya xarakterli bir balans dəyişikliyi baş verir bu zaman qızıla ehtiyac çoxalır:

“Məsələn, son günlər Beynəlxalq Valyuta Fondunun və dünyanın böyük banklarının rəhbərləri dollara alternativ yeni valyuta haqqında danışır. Düzdür, dollara alternativ olacaq valyutanın hələ hansı olacağı dəqiq deyil. Çünki dünya maliyyə bazarında bu cür balans dəyişdirən informasiyalar olur. Güman edirəm ki, bu informasiyanın da qızılın bahalaşmasına müəyyən təsirləri var”.

Akif Nəsirli əlavə olaraq qeyd edib ki, həm də kriptovalyutalarla bağlı maliyyə bazarlarında dalğalanma gedir:

“Hazırda maliyyə əməliyyatları bazarında müxtəlif seqmentlərin ələ keçirlməsi, valyutalar arasında bölüşdürülməsi prosesi gedir. Ona görə də təkcə qızıl deyil, qiymətli daşların, metalların bahalaşması gözləniləndir”.

  • Əvvəlki

    Azərbaycanda avtomobillərin və nömrə nişanlarının onlayn satışı təklif edilir

Digər xəbərlər