USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada birjalar enişlə bağlandı

30.05.2023 İqtisadiyyat
22 4
Avropa birjaları ABŞ-da borc tavanı müzakirələrinin nəticəsi ilə bağlı xəbərlər səbəbiylə günü enişlə bağladı.

ABŞ mətbuatında yer alan xəbərə görə, Ağ Evlə Respublikaçılar arasında uzun sürən danışıqlardan sonra əldə edilən razılaşma çərçivəsində borc limitinin 2 il müddətinə artırılması gözlənilir.

Bağlanışda Stoxx Europe 600 benchmark indeksi 0,11 faiz azalaraq 460,84 bənd olub.

Almaniyada DAX 30 indeksi 0,20 faiz azalaraq 15 952,73 bənd, Fransada CAC 40 indeksi 0,21 faiz azalaraq 7 301,03 bənd, İtaliyada FTSE MIB 30 indeksi 0,36 faiz azalaraq 26,76 bənd təşkil edib.