Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Bayden prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkidəki uğuru münasibətilə təbrik ediblər.
Kommersant.az xəbər verir ki, Türkiyənin Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, Putin prezident Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib və seçki nəticələrinin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.
İki lider yeni dövrdə Türkiyə-Rusiya münasibətləri və regional məsələlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.