USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Faiz dərəcələrinin aşağı salınması manata olan marağı azaldar - İqtisadçı

13.06.2023 İqtisadiyyat
28 7
“Azərbaycanda bu Qərbdə, Avropadakı kimi aşağı faizlər mümkün deyil”.

Bu sözləri Kommersant.az-a iqtisadçı Xalid Kərimli Mərkəzi Bankın sədri Taleh Kazımovun kredit faizlərinin yüksək olması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

İqtisadçı bunun bir neçə səbəbi olduğunu bildirib:

“Birincisi, Azərbaycan iqtisadiyyatı ilə bağlı ciddi risklər var. Almaniyada, Amerikada olan iqtisadiyyatla Azərbaycan iqtisadiyyatı müqayisə edilə bilməzs. Ona görə də orada formalaşan faiz dərəcələri ilə Azərbaycandakı faiz dərəcələrini müqayisə etmək mümkün deyil. İkincisi, Azərbaycanda kapital bazarları fəaliyyət göstərmir ki, faiz dərəcələrini aşağı salmaq mümkün olsun. Əsas səbəb bax budur və üçüncüsü, isəməsələn istənilən investorun əlində pul var. Tutaq ki, dollar beş faiz, manat yeddi faiz qazanc verir. Hara qoyacaq pulunu? Təbii ki, insanlar ilk olaraq deyəcəklər ki, bu qazanclar arasındakı fərq azdı, elə dollara qoyum, bir az da işimi sığortalayım. Sabah bunu dollara çevirmək çətinliyi ola bilər, manatın məzənəssi ilə bağlı başqa problem ola bilər”.

Həmsöhbətimiz bildirib ki, bu faktorlar imkan vermir ki, manatın faiz dərəcələrini aşağı salmaq mümkün olsun:

Mərkəzi Bankın sədri demək istəyir ki, siz depoziti aşağı faizlə qoymağa razı deyilsinizsə və bank da bu pul sizdən depozit şəklində cəlb edirsə, depoziti 8, 9,10 faizləə qoyursunuzsa. bankda kredit faizlərini 12, 13, 15, 20 faizə çatdırmalıdır. Bunun başqa alternativi yoxdu”.

Xalid Kərimli əlavə edib ki, Azərbaycanda hazırda faiz dərəcələrində kəskin aşağı salma imkanları manata olan marağı aşağı sala bilər:

“Buna Türkiyə nümunəsi var. Türkiyədə lirənin faiz dərəcələri inflyasiyaya baxmadan aşağı salınır. Nəticə etibarı ilə lirə kəskin dəyərdən düşür və bu da inflyasiyanın daha da sürətlənməsinə və əhalinin həyat səviyyəsinin pisləşməsinə gətirib çıxarır. Azərbaycanda hazırda faiz dərəcələri inflyasiyadan aşağıdır. Bu o deməkdir ki, faktiki olaraq Azərbaycanda hazırda mənfi faiz dərəcələri var və bunun fonunda faiz dərəcələrinin daha da aşağı salınması ağlabatan deyil. Düzgün siyasət deyil, manatı dəyərdən salacaq manata investisiya gəlirliyini aşağı salacaq faktordur. Bu da əlavə digər başağrıları yarada bilər. Mərkəzi Bank hökumət faiz dərəcələrini aşağı salmağa çalışırlar, amma bunu yaxşı iqtisadiyyatla, dayanıqlı iqtisadiyyatla, yaxşı fəaliyyət göstərən kapital bazarları ilə eləmək mümkündür, hansısa əmrlə, hansısa tədbirlə bunu etmək mümkün deyil”.

  • Əvvəlki

    "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olundu

Digər xəbərlər

16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0