USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taksi qiymətləri nə qədər bahalaşacaq? - Ekspert açıqlayır

13.06.2023 Digər
3 1
“Taksilərin fəaliyyət göstərməsi üçün rüsumların 150 manata qaldırılması, taksi fəaliyyəti ilə məşğul olan operatorların qeydiyyatı üçün rüsumların 3000 manata qaldırılması taksi bazarında müəyyən bahalaşmaya gətirib çıxardacaq”.

Kommersant.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev taksi xidmətinin qiymətinin bahalaşacağı ilə bağlı səsləndiridiyi fikirləri şərh edərkən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli deyib.

Akif Nəsirli bildirib ki, taksi fəaliyyəti sahəsində rəqabət mühiti sıradan çıxarılmasa qiymətlərdə ciddi fərq olmayacaq:

“Yəni, bahalaşma çox az olacaq. Bu özünü 30-40 qəpik civarında göstərəcək”.

İqtisadçı qeyd edir ki, Azərvaycanda sayıla bilən inhisarda olmayan sahələri var. Onlardan biri də taksi fəaliyyətidir:
“Ona görə də mənə ehtiyat eliyirəm ki, taksi fəaliyyəti sahəsində də bu rəqabət mühiti sıradan çıxarılsın və onu hansısa bir şirkətin monopoliyasına versin. Yəni təhlükəli olanı budur. Rüsumların bir qədər bahalaşdırılması o qədər də təhlükəli deyil. Düzdür, o da müəyyən mənada əhalinin xərclərinin artmasına gətirib çıxaracaq. Bunun gələcəkdə ciddi fəsadları gözləniləndir”.