USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da inflyasiya gözləntiləri qarşıladı

13.06.2023 İqtisadiyyat
13 3
ABŞ-da inflyasiya aylıq 0,1 faiz artarkən, illik bazda yüzdə 4,0 olaraq reallaşıb. İqtisadçılar ölkədə inflyasiyanın aylıq 0,1 faiz, illik isə 4,1 faiz artacağını gözləyirdilər. Beləliklə, ABŞ-da inflyasiya 2021-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.

ABŞ-ın may ayı inflyasiya məlumatları açıqlanıb. Ölkədə inflyasiya may ayında əvvəlki ayla müqayisədə 0,1 faiz artaraq bazarın gözləntilərinə uyğun gəlib. İllik əsasda inflyasiya gözləntilərdən bir qədər aşağı olmaqla 4,0 faiz səviyyəsində reallaşıb. ABŞ İstehlak Qiymətləri İndeksinin (CPI) may ayında 4,1 faizə enəcəyi gözlənilirdi. Aprel ayında ABŞ-da inflyasiya illik 4,9 faiz təşkil edib.

May ayında enerji qiymətləri 3,6 faiz ucuzlaşıb, ərzaq qiymətləri isə 0,2 faiz artıb. 12 aylıq dövrdə enerji qiymətləri yüzdə 11,7 azalarkən, ərzaq məhsullarının qiymətlərində artım 6,7 faiz olub.

  • Əvvəlki

    Fitchdən Türkiyə iqtisadiyyatına "siyasi faiz artımı" şərhi

Digər xəbərlər